BMT Rusiyanın Ukraynada xəstəxanaya hücumunu pisləyib

BMT Rusiyanın Ukraynada xəstəxanaya hücumunu pisləyib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiyanın Ukraynada xəstəxanaya yeni işə qəbul olunmuş həkimin ölümü ilə nəticələnən hücumunu pisləyib.

SİA-nın əldə etdiyi məlumata görə, BMT Baş katibinin sözçünün müavini Fərhan Haq gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Haq bildirib ki, BMT-nin humanitar məsələlər üzrə koordinatoru Denis Braunun Ukraynanın Xerson şəhərindəki xəstəxanada bir həkimin ölümü və 5 tibb işçisinin yaralanması ilə nəticələnən "Rusiyanın bombardmanını qəbuledilməz" adlandırıb.

Mətbuat katibinin müavini Braunun "həyatları məhv edilmiş insanlara əhəmiyyətli xidmətlər göstərənlərin belə hədəfə alınmasına" reaksiyasını bölüşüb.

Son hücumun qurbanı olan həkimin "vəzifəsinin ilk günündə öldüyünü" ifadə edən Fərhan Haq müharibənin şiddətləndiyi 2022-ci ilin fevralından bəri Ümumdünya Səhiyyə Təşkilatının Ukraynada səhiyyə xidmətlərinə istiqamətli 1000-dən çox hücumun edildiyini təsdiqlədiyini söyləyib.

F.Haq həmçinin qeyd edib ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsi mülki şəxslərin müdafiəsi və effektiv araşdırmaların aparılması üçün beynəlxalq humanitar hüquq çərçivəsində “aydın şəkildə ifadə edilmiş öhdəliklərə hörmət etməyə və iddia edilən ciddi pozuntuların təqibinə” çağırır.

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski avqustun 1-də Rusiya ordusunun Kriviy Riq və Xerson şəhərlərində mənzillərə və universitet binasına zərbələr endirdiyini, ölən və yaralananların olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə