Rusiyada hərbi komissarlıqların yandırılması hallarının yarısı terrorizmlə bağlı maddələrlə araşdırılır.
SİA rus mənbələrinə istinadən xəbər verir ki, bu barədə məlumatı açıq mənbələrdən əldə edilən məlumatları tədqiq edən “Mediazon” yayıb.
Nəşr, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək hərbi komissarlıqların azı 113 dəfə hücuma məruz qaldığını və bununla bağlı 84 halda işin hansı maddə ilə araşdırıldığı məlumdur.
Beləliklə, hərbi komissarlıqlara edilən hücumun 40-ı terror aktı kimi qiymətləndirilib. Bundan əlavə, 28-i əmlakın dağıdılması, 9-u xuliqanlıq, 2-si hüquq-mühafizə orqanı əməkdaşının həyatına qəsd maddəsi ilə araşdırılır.
Daha bir yanğın təxribat, dövlətə xəyanət və adam öldürməyə cəhd maddələri üzrə cinayət işlərinə düşür. “Mediazona”nın məlumatına görə, yanğınla bağlı ən azı 102 nəfər saxlanılıb. Artıq 31 iş üzrə hökm çıxarılıb.
Bu arada, iyulun 24-də məhkəmə Leninqrad vilayətinin Vıborq şəhərinin üç sakinini yerli hərbi komissarlığı yandırmağa cəhdə görə 6 ildən 13 ilədək həbs cəzasına məhkum edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB