Türkiyədə zəlzələ olub

Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda zəlzələ olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, bu gün sözügedən ərazidə yerli vaxtla saat 13.48 radələrində 4 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 8,76 km dərinlikdə yerləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə