Təxminən 150 min insan Benyamin Netanyahu hökumətinin məhkəmə islahatlarının gedişinə etiraz etmək üçün Təl-Əvivin mərkəzinə toplaşıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times of Israel” yazır.
Jurnalistlərin qeyd etdiyi kimi, minlərlə israilli ölkənin digər böyük şəhərlərində də küçələrə çıxıb. Xüsusilə Herzliya və Hayfada nümayişçilər yolları bağlayıblar. Bundan əlavə, Bat Yamda iki etirazçı ictimai asayişi pozmaqda şübhəli bilinərək saxlanılıb.
Qeyd edək ki, Netanyahunun islahatı Knessetin məhkəmə sistemi üzərində nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur.
Mart ayında siyasətçi İsrailin müdafiə naziri Yoav Qalantı istefaya göndərdiyini açıqlamışdı. Bu, onun məhkəmə islahatlarının ölkənin təhlükəsizliyini təhdid etdiyini deməsindən sonra baş verib.
Martın 27-də baş nazir milli təhlükəsizlik naziri İtamar Ben-Qvirlə razılaşıb və məhkəmə islahatları haqqında qanunun qəbulunu təxirə salıb. Artıq aprelin 10-da Netanyahu ölkənin istefaya göndərilmiş müdafiə naziri Yoav Qalantı bərpa edib.
İsraildə bu xəbərin fonunda kortəbii etirazlar başlayıb ki, onlara ölkə tarixində demək olar ki, ilk dəfə ehtiyatda olan hərbçilər də qoşulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB