Ukraynanın NATO-ya üzv olmağa dəvət edilməməsi absurddur - ZELENSKİ
Ukraynanın NATO-ya üzv olmağa dəvət edilməməsi absurd olacaq və onun üzvlüyünə dair qeyri-müəyyənlik Rusiyanın terrorunu davam etdirməsi üçün motivasiyadır. SİA “The Guardian” nəşrinə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Zelenski "tvitter" səhifəsində yazıb: “Biz müttəfiqlərimizə dəyər veririk. Biz ortaq təhlükəsizliyimizi yüksək qiymətləndiririk və biz həmişə açıq söhbəti yüksək qiymətləndiririk. Ukrayna NATO-nun Vilnüsdə keçiriləcək sammitində təmsil olunacaq. Çünki söhbət hörmətdən gedir. Ancaq Ukrayna da hörmətə layiqdir. İndi Vilnüsə gedən yolda bizə bəzi siqnallar gəldi ki, Ukraynasız müəyyən məsələlər müzakirə olunur. Vurğulamaq istərdim ki, bu məsələlər Ukraynanın üzvlüyünə deyil, NATO-ya üzv olmağa dəvətə aiddir.
Nə dəvət, nə də Ukraynanın üzvlük üçün vaxt çərçivəsinin müəyyən edilməməsi görünməmiş və absurddur. Eyni zamanda, hətta Ukraynanı dəvət etmək üçün “şərtlər” haqqında qeyri-müəyyən ifadələr əlavə olunur.
Görünür, Ukraynanı nə NATO-ya dəvət etmək, nə də onu Alyansa üzv etmək məsələsi hazır deyil. Bu o deməkdir ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı bazarlıq etmək üçün fürsət pəncərəsi qalıb. Rusiya üçün isə bu, terrorunu davam etdirmək üçün motivasiya deməkdir. Qeyri-müəyyənlik zəiflikdir. Mən bunu sammitdə açıq şəkildə müzakirə edəcəyəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB