Aleksandr Lukaşenko Şavkat Mirziyoyevi təbrik edib

Aleksandr Lukaşenko Şavkat Mirziyoyevi təbrik edib

Belarus və Özbəkistan prezidentləri arasında telefon danışığı olub, Aleksandr Lukaşenko Şavkat Mirziyoyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə iyulun 10-da dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Beləliklə, Belarus dövlətinin başçısı həmkarını Özbəkistanda keçirilən növbədənkənar prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi qəlbdən təbrik edib.

Bundan əlavə, Aleksandr Lukaşenko və Şavkat Mirziyoyev ikitərəfli əməkdaşlıq gündəliyi ilə bağlı mövqelərini yoxlayıblar.

... Belarus və Özbəkistanın başçıları əlaqələrin inkişafında sürətin saxlanmasının, o cümlədən ŞƏT, Avrasiya İqtisadi İttifaqı və MDB kimi dövlətlərarası inteqrasiya birliklərinin potensialından istifadənin vacibliyini qeyd ediblər.

Xatırladaq ki, ötən gün Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib. Özbəkistan MSK-nın ilkin məlumatlarına görə, ölkənin hazırkı prezidenti 87,05 faiz səs toplayaraq qalib gəlib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə