Kadırov Rusiyasız Çeçenistan hazırlığına başlayıb?

Kadırov Rusiyasız Çeçenistan hazırlığına başlayıb?

...Çeçenistan rəhbəri Ramzan Kadırov artıq psixi olaraq Putindən sonrakı Rusiyadadır və artıq “Rusiya administrasiyası”ndan silinmək barədə düşünür.

SİA-nın əldə etdiyi məlumata görə, bu fikirlər sovet və rus riyaziyyatçısı, politoloq, publisist Andrey Piontkovskiyə məxsusdur.

...Priqojinin üsyanından sonra Kadırovçular heç yerə getməyəcəklər. Kadırov artıq zehni olaraq Putindən sonrakı Rusiyada yaşayır və dövlətini qorumaq üçün ordu yaradır.

Bunu deyən rusiyalı publisistin fikrincə, bu gün Ramzanın vəzifəsi var və bu vəzifə Rusiyadakı PMC-lərin digər yaradıcılarından fərqlənir.

...İmperialist müharibəsi vətəndaş müharibəsinə deyil, mafiyaya çevrilir və PMC-lər gələcək hakimiyyət uğrunda, Putinin əlaltılarının məğlub olub getməsindən sonra sahibsiz qalacaq nəhəng mülklər uğrunda mübarizə üçün yaradılır. Burada Kadırovun mübarizəsi Çeçenistanın müstəqilliyini qorumaqdan ibarətdir.

Maraqlıdır ki, bu gün Çeçenistanın de-fakto müstəqil olduğunu deyən Piontkovski, bütün bunların Putinlə Kadırovun şəxsi birliyinə əsaslandığını bildirir.

...Putin ikinci Çeçenistan müharibəsində uduzan tərəf kimi böyük milyardlarla dollar ödəyir. Bunun üçün də Kadırov Moskvaya formal sədaqət nümayiş etdirir və hətta Ukraynadakı bu imperialist avantürasında qismən iştirak etməyə də razılaşıb.

Bu gün Kadırov Rusiyadakı təhlükəsizlik qüvvələrinin hamısının ona nifrət etdiklərini və əgər sabah Putinin yıxılacağı təqdirdə onların Çeçenistanı fəth etməyə çalışacaqlarını yaxşı başa düşür.

Ona görə də, Ramzan bu müharibəyə hazırlaşır. Əslində Çeçenistan rəhbərini artıq Rusiya administrasiyasından qovmaq olar. Çünki o, Çeçenistanın müstəqilliyini qorumaqla məşğuldur. Bundan əlavə, unutmaq olmaz ki, Çeçenistanın və eləcə də Ramzanın çoxlu düşmənləri var. Bu adamların çoxu onun Putinlə olan müqaviləsindən narazı olanlardır.

Bu fikirlər də Piontkovskiyə məxsusdur.

Yeri gəlmişkən, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski, bir gün Rusiyanın özəl hərbi şirkət rəhbəri Yevgeni Priqojin və ya Çeçenistan rəhbəri Ramzan Kadırov kimi birisinin birbaşa Kremlə yürüş edə biləcəyinə təəccüblənməyəcəyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə