"Bütün bunlar lazımsız bir “tullantı”dır..."

"Bütün bunlar lazımsız bir “tullantı”dır..."

Bu arada Əfqanıstan hakimiyyəti ölkədə qadın gözəllik salonlarının işinin qadağan edilməsi qərarını sadə əfqanların ailə büdcəsini qorumaq istəyi ilə izah edib.

SİA TASS-a istinadən xəbər verir ki,, bu barədə radikal “Taliban” hərəkatının yaratdığı İslami Müraciət, İrşad, Əmr və Nəhy əz münkər nazirliyinin nümayəndəsi Akif Mühacir. bildirib.

Əfqanların bu cür salonlar üçün xərcləri “həddən artıq çox” olduğunu deyən nazirlik nümayəndəsi, bütün bunların lazımsız bir “tullantı” olduğunu iddia edib.

Həmçinin, rəsmi əlavə edib ki, qaşların formasının korreksiyası və salonlarında saçları uzatma “şəriətə zidd” tətbiq edilir.

Qeyd edək ki, ölkədə qadın gözəllik salonlarının bağlanması qərarı Əfqanıstan cəmiyyətində mənfi reaksiyaya səbəb olub.

Belə ki, BMT-nin Əfqanıstana yardım missiyası “Taliban”ı qərarı yenidən nəzərdən keçirməyə çağırıb və qeyd edib ki, qadınların hüquqlarının məhdudlaşdırılması ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.

Təşkilat bunu “Taliban”ın qadın sahibkarlığına elan etdiyi dəstəklə ziddiyyət təşkil etdiyini də xatırladıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə