İspaniya Ukrayna ilə NATO bəyannaməsini imzalayan 21-ci ölkədir

İspaniya Ukrayna ilə NATO bəyannaməsini imzalayan 21-ci ölkədir

İspaniya Ukraynanın Şimali Atlantika Alyansına qoşulmasına dəstək haqqında Ukrayna ilə birgə bəyannamə imzalayan 31 NATO üzvü arasında 21-ci ölkə oldu.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Kiyevdə İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra keçirdiyi mətbuat konfransında bildirib.

Qeyd edək ki, Bəyannamədə Ukraynanın NATO-ya dəvəti nə vaxt alacağı açıq şəkildə deyilmir. Kiyev Vilnüsdə keçiriləcək sammitdə Ukrayna Rusiya ilə müharibə başa çatdıqdan sonra ittifaqa daxil olmaq üçün aydın zəmanətlər alacağına ümid edir.

Yeri gəlmişkən, Sançes Ukraynanın da üzv olmaq istədiyi İspaniyanın Avropa Birliyinə sədrliyinin ilk günündə Kiyevə gəlib.

“...Mən İspaniyanın Avropa İttifaqı Şurasına sədrliyinin ilk tədbirinin Ukraynada Vladimir Zelenski ilə olmasını istəyirdim. Ukrayna hökumətinə və parlamentinə bütün Avropa həmrəyliyini ifadə edəcəyəm. Biz Ukraynada sülh bərpa olunana qədər Ukrayna xalqını dəstəkləməyə davam edəcəyik”

Deyim ki, Sançes bunu tvitində yazıb.

İspaniyanın baş naziri Ali Radada çıxışı zamanı Ukraynaya 55 milyon avroluq yeni yardım paketini açıqlayıb. Bundan əlavə, o, həmçinin Kiyevə gələcək silahların, o cümlədən dörd “Leopard” tankının tədarükü barədə də danışıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə