İstanbulda inflyasiya 55 faiz olub

İstanbulda inflyasiya 55 faiz olub

...İl ərzində İstanbulda ən bahalı mədəniyyət tədbirləri və nəqliyyat xərcləri, eləcə də rabitə xidmətləri olub.

SİA-nın əldə etdiyi məlumata görə, İstanbul Ticarət Palatası, şəhərdə istehlak qiymətləri indeksinin illik ifadədə 55,19 faiz olduğunu bildirdi.

Əldə olunan xəbərlərə görə, inflyasiya göstəriciləri 2022-ci ilin iyun - 2023-cü ilin iyun ayları üzrə məlumatlar əsasında hesablanıb.

Beləliklə, il ərzində pərakəndə satış sektorunda qiymət artımı 55,19 faiz, topdansatış qiymətləri isə 64,27 faiz artıb.

Belə ki, 2023-cü ilin may ayı ilə müqayisədə ay ərzində pərakəndə satış qiymətləri 3,46 faiz, topdansatış qiymətləri isə 4,32 faiz artıb.ğ

Maraqlıdır ki, mədəni tədbirlərin də bahalaşdığı bildirilir. Məsələn təhsilə xərclər 6,99 faiz, nəqliyyat və rabitə xərcləri 5,11 faiz artıb.

Bu gün Türkiyədə mənzillərin də 3,75 faiz bahalaşdığı bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə