Dünya Vəhşi Təbiət Fondu Rusiyada "arzuolunmaz təşkilat" elan edilib
Dünya Vəhşi Təbiət Fondu Rusiyada “arzuolunmaz təşkilat” elan edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri ölkənin Baş Prokurorluğu yayıb.
Agentliyin məlumatına görə, Dünya Vəhşi Təbiət Fondu ətraf mühitin qorunması bəhanəsi ilə Rusiyanın Arktika və onun təbii ehtiyatlarını inkişaf etdirməsinə mane olan fəaliyyətlər həyata keçirir. Baş Prokurorluq hesab edir ki, fond Şimal dəniz marşrutunun ABŞ-ın eksklüziv iqtisadi zonası istiqamətində köçürülməsi üçün əsas ola biləcək məhdudiyyətlər hazırlayır.
Baş Prokurorluq onu da qeyd edir ki, fond xarici agentlərin reyestrinə daxil edilmiş “Baltikyanı dostlar” və “Saxalin Ətraf Mühit Nəzarəti” kimi Rusiyanın qeyri-kommersiya təşkilatlarına dəstək verib.
Qeyd edək ki, 2022-ci ilin martında Rusiya Ədliyyə Nazirliyi Ümumdünya Vəhşi Təbiət Fondunu “xarici agentlər” reyestrinə daxil edib. Daha sonra fond “xarici agent” statusunun ləğvinə məhkəmə yolu ilə müraciət edəcəyini açıqlayıb.
Onu da qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondu 1961-ci ildə yaradılıb və demək olar ki, dünyanın bütün ölkələrində ofisləri var. Fond nəsli kəsilməkdə olan heyvan və bitkilərin mühafizəsi, irimiqyaslı ekoloji layihələrlə məşğul olur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB