Braziliyada qasırğa nəticəsində həyatını itirənlərin sayı artıb

Braziliyanın cənubunda qasırğa nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib. Bu barədə Rio Qrande-do-Sol əyalətinin qubernatoru Eduardo Leite məlumat verib.
Braziliyada qasırğa nəticəsində həyatını itirənlərin sayı artıb

Braziliyanın cənubunda qasırğa nəticəsində həyatını itirənlərin sayı 16-ya yüksəlib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rio Qrande-do-Sol əyalətinin qubernatoru Eduardo Leite məlumat verib. O, itkin düşənlərin tapılması istiqamətində əməliyyatların fasiləsiz aparıldığını bildirib.
Qasırğanın daşqınlar və torpaq sürüşməsinə səbəb olduğunu bildirən Leite indiyə qədər 3200 adamın evsiz qaldığını, minlərlə insanın təxliyə edildiyini bildirib.
Əlverişsiz hava şəraiti səbəbindən axtarış-xilasetmə işlərinin çətinliklə davam etdiyi vurğulanıb.
Səlahiyyətlilər təxliyə edilən ailələrə ərzaq bağlamalarının paylandığını və yardımların davam etdiriləcəyini açıqlayıb.
Daşqınlar və torpaq sürüşmə səbəbindən bəzi reyslər ləğv edilib, magistral yollar və küçələr nəqliyyatın hərəkəti üçün bağlanıb.
Argentina və Uruqvay da dağıntılara səbəb olan qasırğaya görə tədbirləri gücləndirmək qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə