“Abramoviç hələ də Ukraynaya kömək üçün pul köçürməyib...”

“Abramoviç hələ də Ukraynaya kömək üçün pul köçürməyib...”

...Biznesmen Roman Abramoviç “Çelsi” futbol klubunun satışından əldə etdiyi vəsaiti hələ ki, Ukraynaya Yardım Fonduna köçürməyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.

Mənbənin bildirdiyinə görə, Abramoviç Ukraynaya yardım fonduna vəsait köçürmək üçün müqavilə imzalamaqdan imtina edərək, “Çelsi”nin satışından əldə olunan 2,3 milyard funt-sterlinqin bir hissəsinin də müharibədən əziyyət çəkən ruslara göndərilməsini israr edir.

Vəsaitlərin humanitar fonda köçürülməsi London klubunu satmaq üçün sövdələşmənin tamamlanmasının şərtlərindən biri idi. Müqavilə bu ilin yanvarında bağlanıb, lakin klubun satılması ilə bağlı danışıqlar hələ Abramoviç Rusiyanın Ukraynadakı müharibəsinə görə sanksiyalar siyahısına düşməmişdən əvvəl başlayıb.

Xatırladaq ki, rusiyalı oliqarx 20 il idi ki, klubun sahibi idi?

Vəsaitlərin bir hissəsini rusların ehtiyaclarına göndərmək imkanı, nə sövdələşmənin şərtlərində, nə də sanksiyalar rejimində nəzərdə tutulmayıb.

“Daily Mail” Böyük Britaniya hökumətindəki mənbələrə istinadən, nə Böyük Britaniya hökumətinin, nə də Avropa Komissiyasının Rusiyaya qarşı sanksiyaların mövcud olduğu bir vaxtda ruslara vəsaitin köçürülməsinə razı ola bilməyəcəyini yazır.

Yeri gəlmişkən, hazırda 2,3 milyard funt-sterlinq Abramoviçin şirkətlərindən birinin dondurulmuş hesabında qalır. Onları istənilən yerə köçürmək üçün Britaniya Xarici İşlər Nazirliyinin icazəsi tələb olunur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə