Ruslar onun "nə ölüsü, nə də dirisi" barədə xəbər olmadığını deyirlər

Ruslar onun "nə ölüsü, nə də dirisi" barədə xəbər olmadığını deyirlər

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun sağ və ya ölü olduğuna dair təkzibedilməz sübut yoxdur.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti yazıb.

Qeyd edək ki, Baş Kəşfiyyat İdarəsi rəhbərinin vəziyyəti ilə bağlı media nümayəndələri etibarlı məlumat tapmaqda çətinlik çəkdiklərini etiraf ediblər. çalışdığını bildirdi.

Yeri gəlmişkən Budanovun nümayəndələri və köməkçiləri hərbçinin ağır yaralanması ilə bağlı əvvəllər mətbuatda yayılan xəbərləri təkzib edən şərh veriblər.

Lakin Ukrayna tərəfi onların versiyasını təsdiqləmək üçün Budanovun fotolarını hələ ki, təqdim etməyib.

Budanovun mayın 29-da Kiyevdə öz qərərgahında olarkən rusların atdığı raket zərbəsi nəticəsində ağır yaralandığını ruslar hələ də iddia edirlər.

Rusların yazdığına görə, Ukrayna hərbi kəşfiyyatının rəhbəri xarabalıqlar altından çıxarılaraq Polşa vasitəsilə Berlindəki hərbi xəstəxanaya aparılıb.

Guya bundan sonra Kiyevdəki nümayəndə Budanovun yaxşı olduğunu bildirib.

Ruslar isə buna inanmır?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə