Zirehli dinozavrın yeni növü tapılıb

Zirehli dinozavrın yeni növü tapılıb

İngiltərənin cənubundakı Wight adasında zirehli bədənə malik yeni dinozavr növü aşkar edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 145-66 milyon il əvvələ aid dinozavr Wessex adlı fosil bölgəsində tapılıb. Yeni növ dinozavr bitki yeyən ankilozavrlar qrupuna aiddir. 20 il Təbiət Tarixi Muzeyində işləyən professor Paul Barrettin şərəfinə Vectipelta Barretti adlandırılıb.

Qeyd edək ki, bu, 1865-ci ildə kəşf edilmiş Polacanthus Foxii-dən sonra adada tapılan ikinci zirehli dinozavrdır.

Bütün xəbərlər Facebook səhifəmizdə