Türkiyədə avtobus qəzası olub - yaralılar var

Türkiyənin Mersin şəhərinin Anamur rayonunda yağıntılı hava şəraiti və duman səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb. SİA xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində çox sayda insan xəsarət alıb.

Qeyd edək ki, qəza səhər saatlarında Anamur-Gazipaşa avtomobil yolunun Uçarı-Kaledran məntəqəsində baş verib. Antalya istiqamətində hərəkət edən "Kamil Koç" firmasına məxsus sərnişin avtobusu yağıntı və duman səbəbindən idarəetmədən çıxaraq dağ yamacına açıb. Bölgəyə çox sayda sağlamlıq, jandarma və xilasetmə qrupları sövq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə