Həlak olan dinc sakinlərin sayı açıqlandı

Həlak olan dinc sakinlərin sayı açıqlandı

Rusiyanın genişmiqyaslı hərbi hücumundan bəri Donetsk vilayətinin Baxmut şəhərində 204 vətəndaş həlak olub. SİA xəbər verir ki, bu barədə Baxmut meri Aleksey Reva deyib.

O bildirib ki, ölənlər arasında dörd uşaq da var.

Mer əlavə edib ki, savaş başlayandan bəri mina partlayışlarında da 505 vətəndaş müxtəlif xəsarətlər alıb ki, onlardan 17-si uşaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə