Yaponiyada güclü zəlzələ olub

Yaponiyada güclü zəlzələ olub

Yaponiya sahillərində 6.2 bal gücündə zəlzələ baş verib.

SİA Yaponiya KİV-ə istinadən xəbər verir ki, paytaxt Tokioda güclü zəlzələ ilə bağlı xəbərdarlıq sistemi işə düşüb.

Yeraltı təkanlar Tokionun şərqində, Çiba prefekturasının sahillərində 50 km dərinlikdə qeydə alınıb. Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Yaponiya Milli Meteorologiya İdarəsi sunami təhlükəsinin olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə