Səudiyyə Ərəbistanı və Kanada səfir mübadiləsinə qərar verib

Səudiyyə Ərəbistanı və Kanada səfir mübadiləsinə qərar verib

Səudiyyə Ərəbistanı və Kanada 2018-ci il böhranından sonra geri çağırılan səfirlərini xidmət yerinə qaytaramq qərarına gəliblər.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi məlumat yayıb.

“18 noyabr 2022-ci ildə Banqkokda keçirilən APEC sammiti çərçivəsində vəliəhd şahzadə və [Səudiyyə Ərəbistanının] Baş naziri Məhəmməd bin Salman Əl Səud və Kanadanın Baş naziri Castin Trüdo qarşılıqlı hörmət və ümumi maraqlara əsaslanan diplomatik münasibətlərin bərpasına qərar veriblər”, - deyə Xarici İşlər Nazirliyinin “Twitter“ səhifəsində bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə