Türkiyə “Tayfun” qısamənzilli raketinin ikinci sınağını keçirib.
Sınaq Rizə-Artvin hava limanı ərazisində baş tutub.
SİA-nın əldə etdiyi məlumata görə, sınaq uğurla həyata keçib.
Türkiyeənin müdafiə sənayesi idarəsinin başçısı İsmail Dəmir sosial madia hesabında atışla bağlı görüntü paylaşıb.
Qeyd edək ki, “Tayfun”un ilk sınaq uçuşu 2022-ci il oktyabrın 22-də həyata keçirilib.
Türkiyənin “Roketsan” şirkəti tərəfindən hazırlanan raket 561 km məsafədəki hədəfi 458 saniyəyə vurub.
Raketin hazırlanması bir neçə il gizli şəkildə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB