ABŞ G7 sammitində Rusiya Federasiyasına qarşı əvvəllər tətbiq edilmiş məhdudiyyətlərin həyata keçirilməsinə yönəlmiş yeni sanksiyalar paketini elan etmək niyyətindədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ prezidentinin müşaviri Ceyk Sallivan danışıb.
Sallivanın sözlərinə görə, ABŞ prezidenti Cozef Baydenin başçılıq etdiyi Amerika nümayəndə heyətinin rəhbərlik etdiyi Yaponiyada keçiriləcək görüşdə “Böyük yeddilik” liderlərinin müzakirəsində Ukraynadakı münaqişə mühüm yer tutacaq.
Sallivan onu da qeyd edib ki, “Yeddilik” ölkələri Yaponiyada keçiriləcək sammitdə Qərb mallarının Rusiyaya ixracına hərtərəfli qadağanın tətbiqi ilə bağlı razılığa gəlməyəcək. Onlar Rusiyanın dondurulmuş aktivləri məsələsini müzakirə edəcəklər.
Qeyd edək ki, ABŞ liderinin köməkçisinə Avropa İttifaqı və G7-nin Rusiya qazının tədarükünə yeni məhdudiyyətlər tətbiq edib etməyəcəyi ilə bağlı da sual verilib. O, bunun Avropa İttifaqının ixtiyarına buraxacağını deyib.
Qeyd edək ki, G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək. İştirakçı ölkələr Rusiyaya qarşı sanksiyaların saxlanması, habelə Ukraynaya, o cümlədən infrastrukturun yenidən qurulması və bərpası sahəsində dəstəyi müzakirə edəcəklər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB