Qeyri-rəsmi nəticələrə görə, 14 may seçkilərində Türkiyə Böyük Millət Məclisində (TBMM) çoxluq Cümhur İttifaqında olub. Seçicilərin 49,46 faizi bu ittifaqa üstünlük verib. Belə ki, Cümhur İttifaqı Türkiyə parlamentində 322 millət vəkili qazanıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Yeni dövrdə Türkiyə Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyası (AK Parti) 267, Milliyyətçi Hərəkat Partiyası (MHP) 50, Yenidən Rifah Partiyası (YRP) 5 millət vəkili ilə yer alacaq.
Səs nisbəti 35,02 faiz olan Millət İttifaqının parlamentindəki yerlərinin sayı 213 olub. Belə ki, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ Partiya isə 44 deputatla məclisdə yer alacaq.
Seçkiyə CHP siyahılarından daxil olan Səadət Partiyası 10, Deva Partiyası 13, Gələcək Partiyası 10, Demokrat Partiyası 3, Yaşıl Sol Partiyası (YSP) 61, Türkiyə İşçi Partiyası (TİP) isə 4 millət vəkili ilə TBMM-də təmsil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB