Ərdoğandan xaricdə yaşayan Türkiyə vətəndaşları ilə əlaqədar paylaşım
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi internet səhifəsində xaricdə yaşayan Türkiye vətəndaşları ilə əlaqədar paylaşım edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Rəcəb Tayyib Ərdoğan paylaşımında bu ifadələrə yer verib: "Əvvəlki rəhbərliklər illər boyu sizi görməzdən gəldi, ancaq xarici valyutaya ehtiyacları olanda xatırlayırdılar. Biz hər zaman yanınızdaydıq, bir çox problemlərinizi həll etdik, hüquqlarınızı müdafiə etdik''.
Xaricdə təhsil almış vətəndaşları Türkiyədə işlə təmin edəcəklərini açıqlayan Rəcəb Tayyib Ərdoğan bildirib ki, xaricdə yaşayan Türkiyə vətəndaşlarını Türkiyenin dünyadakı nümayəndəsi olaraq görürük.
Xaricdə yaşayan Türkiyə vətəndaşlarını qorumağa davam edəcəklərini vurğulayan Ərdoğan deyib: "Sizinlə birlikdə Türkiyəyik.''Türkiyə yüz ili'' ni "Güclü Türkiyə'' və ''Güclü Diaspora" şüarı ilə birlikdə quracağıq. Bunun üçün sizdən səs verməyinizi və mayın 14-də yeni bir dastan yazmağınızı gözləyirəm''.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB