“Sanksiyalar Belarus fermerlərini sevindirməlidir”

“Sanksiyalar Belarus fermerlərini sevindirməlidir”

Aleksandr Lukaşenkoya görə, Belarusa qarşı tətbiq edilən sanksiyalar...kimi olmasa da, heç olmasa fermerləri sevindirməlidir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti aprelin 28-də Qomel vilayətinin fəalları ilə görüşündə bildirib.

Lukaşenkonun sözlərinə görə, ölkə kənd təsərrüfatı sektorundan çoxlu gəlir əldə edir. Ona görə də sanksiyaları günahlandırmaq lazım deyil, sadəcə olaraq daşıyıb satmaq lazımdır.

Lukaşenkoya görə, sanksiyalar asan deyil, amma işləmək və onları unutmaq lazımdır.

Eyni zamanda, dövlət başçısı sanksiya tətbiq edilən mallarda müsbət tendensiya olduğuna diqqət çəkib. Məsələn, Belarus kalium gübrələri satır.

Qeyd edək ki, Belarusun bütövlükdə sanksiyaların öhdəsindən yaxşı gəldiyini deyən Aleksandr Lukaşenko, bununla belə sakitliyə riayət olunmasına da çağırış edib.

Bununla belə o, Qərbin Belarusa qarşı əlavə sanksiyalar tətbiq edəcəyini də istisna etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə