Moskva vilayətində qəzaya uğrayan təyyarə tipli pilotsuz uçuş aparatı, çox güman ki, peyk naviqasiyasına əlavə olaraq, elektron sıxışdırma şəraitində işləyən xüsusi inertial yönləndirmə sistemi ilə təchiz edilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İlyuşin şirkətinin keçmiş rəhbəri Aleksey Roqozin bildirib. Təbii ki, bu boyda mütəxxəsisə irad bildirmək bizlik deyil, belə ki, adam bu sahədə "püxtələşib", amma...
Mütəxəssis qeyd edib ki, bu qədər partlayıcı olan pilotsuz uçuş aparatı əslində Moskva üzərindən uçsa da, amma onun aşkarlanma nöqtəsi şəhərin şimal-şərqdə yerləşib.
"Çox güman ki, məqsəd Moskvaya zərbə endirmək olmayıb: Ukrayna Silahlı Qüvvələrinin Moskvanı deyil, hərbi obyektləri bombalamağa çalışması daha "məqbuldur" - bu yolla siz təsadüfən "qırmızı xətlər" tapa bilərsiniz, amma niyə onlar bunu etməlidirlər?”
Maraqlıdır ki, bu sahənin "böyük mütəxəssisi" bunu bizdən soruşur?
Bu gün Ukraynada daxili yanma mühərriki olan təyyarə tipli uçuş aparatında 500 kilometrdən çox məsafədə etibarlı uçuşu təmin etməyə qadir yüksək ixtisaslı mütəxəssislər olduğunu etiraf edən Roqozin, “ustayanə” şəkildə naviqasiya kanallarının elektron tıxanmasının belə uçuş aparatları üçün problemə çevrildiyini və bunun da uçuş aparatını kursdan çıxmasına səbəb olduğunu bildirib.
Amma deyim ki,.. deyəsən Roqozin ukraynalıların ilk belə bir təcrübəsindən bir balaca da xoflanıb. Məhz buna görə də Rusiyanın hava hücumundan müdafiə sistemlərini ayıq-sayıq olmağa, ümumiyyətlə bu problemləri mümkün qədər tez həll etməyə çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB