Nigeriyada Lassa qızdırmasından ölәnlәrin sayı 151 nәfәrә çatıb

Bu barәdә ölkәnin Xәstәliklәrә Nәzarәt Mәrkәzi mәlumat yayıb.
Nigeriyada Lassa qızdırmasından ölәnlәrin sayı 151 nәfәrә çatıb

Nigeriyada yanvar ayında Lassa qızdırmasından dünyasını dәyişәnlәrin sayı 151 nәfәrә çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә ölkәnin Xәstәliklәrә Nәzarәt Mәrkәzi mәlumat yayıb. Mәlumatda Lassa qızdırmasının paytaxt Abuca ilә yanaşı ölkәnin 26 әyalәtindә qeydә alındığı bildirilib.

Mәlumatda yanvar ayından etibarәn ölkədə Lassa qızdırması ilә әlaqәdar 4555 vәtәndaşın xәstәxanaya müraciәt etdiyi, onlardan 869-nun qan analizlərinin müsbət çıxdığı bildirilib.

Epidemiya səbəbindәn həyatını itirənlərin sayının 151-ə yüksəldiyi qeyd edilən açıqlamada ölənlərin əksəriyyətinin uşaq olduğu vurğulanıb.

Nigeriya hökuməti fevralın əvvəlində Lassa qızdırması epidemiyasına görə "fövqəladə vəziyyət" elan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə