Hindistanda canlı yayım zamanı qətl törədilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, adam oğurluğuna görə ömürlük həbs cəzasına məhkum edilən keçmiş siyasətçi Atiq Əhməd və qardaşı Əşrəf Əhməd Allahabad şəhərində xəstəxanaya aparılarkən polisin himayəsi altında qandallı halda canlı yayımda başlarından güllə yarası alıblar.
Hücumdan sonra jurnalist qiyafəsində olan üç hücumçu polisə təslim olub. Hücum edənlər ilk ifadələrində hücumu məşhur olmaq üçün törətdiklərini bildiriblər. Polis hücumda bir polis məmuru və bir jurnalistin də yaralandığını açıqlayıb. Qətldən sonra Uttar-Pradeş ştatında kütləvi mitinqlər və etiraz aksiyaları qadağan edilib, qətllə bağlı araşdırma başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB