Pasxa şənbəsini qeyd edən qardaş xalqlar sülh üçün dua etməlidirlər. Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin bu müraciəti Rus Pravoslav Kilsəsinin saytında dərc olunub.
“Parlaq Pasxa bayramında müharibə bölgəsində olan insanlar üçün Allaha xüsusi dualarımız ünvanlanır”, - Kirill əlavə edib.
Rus Pravoslav Kilsəsinin rəhbərinin sözlərinə görə, qəlbləri “daxili münaqişənin alovu ilə yanmış” xristianlar Allaha dua etməlidirlər ki, “O, Öz mərhəməti və xeyirxahlığı ilə bədəni, xüsusən də mənəvi yaraları sağaltsın”.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov, Rusiya prezidenti Vladimir Putinin bazar günü, aprelin 16-da Xilaskar Məsih kilsəsinə gələrək, Pasxa bayramını qeyd edəcəyini bildirib.
Xatırladaq ki, 2022-ci ildə Putin Moskva meri Sergey Sobyanin ilə Xilaskar Məsihin Katedralində Pasxa mərasimində də iştirak edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB