Rusiya hərbçiləri bu gün Almaniya Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat təyyarəsi səbəbindən “Su-27” qırıcısını havaya qaldırmaq “məcburiyyətində qalıblar”.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiya Federasiyasının Milli Müdafiə Nəzarət Mərkəzinin məlumatına görə, almanların kəşfiyyat təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədinə yaxınlaşırmış.
Rusiya hərbçilərinin açıqlamasına görə, hava hədəfi Almaniya Hərbi Dəniz Qüvvələrinin “R-3C Orion” baza patrul təyyarəsi olub.
Xarici hərbi təyyarə Rusiya Federasiyasının dövlət sərhədindən dönəndən sonra rus qırıcısı sağ-salamat öz baza aerodromuna qayıdıb.
Rus saytlarının yazdığına görə, “Su-27” uçuşu beynəlxalq qaydalara ciddi riayət olunmaqla həyata keçirilib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB