İrəvanda fərarilikdə ittiham olunan rusiyalı saxlanılıb
Aprelin 7-də İrəvanda Moskvanın hüquq-mühafizə orqanları tərəfindən fərarilikdə şübhəli bilinərək axtarışa verilmiş Rusiya vətəndaşı saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ermənistan polisi məlumat yayıb.
Məlumata görə, 23 yaşlı Yuri T. adlı rusiyalı saxlanılaraq polis şöbəsinə aparılıb, axtarışın təşəbbüskarı, yəni Rusiya hüquq-mühafizə orqanları onun saxlanması barədə məlumatlandırılıb. Digər təfərrüatlar verilmir, Rusiyada həbslə bağlı hələlik şərh verilmir.
Qeyd edək ki, burada söhbət səfərbər, yoxsa nizami hərbçidən getdiyi aydın deyil. Səfərbərlik və ya hərbi vəziyyət dövründə, müharibə vaxtı və ya silahlı münaqişə şəraitində fərarilik maddəsinə görə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Artıq Rusiya məhkəmələri tərəfindən bir neçə belə hökm çıxarılıb.
Xatırladaq ki, Ukraynada müharibə başlayandan sonra minlərlə Rusiya vətəndaşı Ermənistana gedib. Oraya, xüsusən də Rusiya daxili pasportu ilə daxil olmaq mümkündür. Eyni zamanda, Ermənistan hüquqi cəhətdən Rusiyanın KTMT təşkilatı çərçivəsində müttəfiqidir.
Deyirəm, yaxşı ki, Ermənistan bu fərari məsələsində...boş verib. Yoxsa, 11 min erməni fərarisini haraya yığacaqdı?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB