...Ukraynada sülhməramlıların yerləşdirilməsi imkanının müzakirəsi potensial olaraq çox təhlükəli mövzudur.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov martın 31-də keçirdiyi brifinqdə bildirib.
Kremlin sözçüsü Macarıstanın baş naziri Viktor Orbanın Avropa İttifaqının Ukraynaya sülhməramlı qüvvələrin mümkün yerləşdirilməsi məsələsini müzakirə etməyə artıq hazır olması barədə bəyanatını belə şərh edib.
“Bu, çox vacib bəyanatdır, ona diqqət yetirilib. Əgər biz artıq hansısa ciddi danışıqlardan danışırıqsa, bu, potensial olaraq son dərəcə təhlükəli müzakirədir. Bilirsiniz ki, dünya praktikasında belə qüvvələr, bir qayda olaraq, hər iki tərəfin razılığı ilə istifadə olunur, indiki halda bu, potensial olaraq çox təhlükəli mövzudur”.
Qeyd edək ki, Peskov deyib bunu.
Xatırladaq ki, bir müddət bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynada hərbi əməliyyatların təcili dayandırılmasının vacibliyini bəyan etmişdi. Belə ki, Belarus lideri Rusiya və Ukraynaya hər iki tərəfdən texnika və silah daşımaq hüququ olmadan dərhal atəşkəs elan etməyi təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB