800 min insan könüllü döyüşmək üçün orduya müraciət edib

Şimali Koreya iddia edib ki, onun 800 minə yaxın vətəndaşı ABŞ-a qarşı könüllü döyüşmək üçün orduya cəlb olunub. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreyada dövlətin nəzarətində olan “Rodong Sinmun” qəzeti yazıb ki, ölkə üzrə 800 minə yaxın işçi və tələbə ABŞ-a qarşı döyüşmək üçün orduya yazılmaq arzusunu ifadə edib.

Gənclərin ordu sıralarına getməyə həvəsinin artması bu gənclərin alovlu vətənpərvərlik ruhunun, gənc nəslin orduya son səylərini əsirgəməyən müharibə manyaklarını amansızcasına məhv etmək iradəsinin təzahürü kimi qiymətləndirilməlidir.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə