“...Bu, Rusiya ilə Ukrayna arasında müharibə deyil, bu, Rusiya ilə bütün sivil dünya arasında müharibədir”.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Natalya rusların nəhayət onu eşitməsini arzulayırmış kimi hər sözü zərb edib.
Əvvəla qeyd edək ki, Nataliya Xazan kinorejissor, Ukraynanın Əməkdar İncəsənət xadimidir.
Qeyd edək ki, onun portfelinə 14 sənədli film, beynəlxalq reklam filmləri festivalında nominasiya, Londonda keçirilən Ukrayna Kino Günlərində nümayişlər, Dnepr haqqında dünyada ilk panoramik xronika filmi daxildir.
...2014-cü ilə qədər sevincli, müsbət filmlər çəkirdiklərini deyən Nataliyanın dediyinə görə, “...indi isə tamam başqadır. Bizim bu günlərdə Berlində keçirilən konofestivalda nümayiş etdirilən “Şərq cəbhəsi” filmində – yaralılar, ölənlər, ölülər... Film rus qəddarlığını göstərir, güclü kadrlar bir-birindən çəkinmir: əsgərlərin qopmuş ayaqları, mədə yaraları ilə sürünəhnlər, maşında ölmüş adamlar. Bəli, sarsıdıcıdır. Amma müharibənin qəddarlığını və mənasızlığını başqa necə göstərmək olar? Məqsədimiz ondan ibarətdir ki, hamı bundan xəbər tutsun. Onlar Rusiyanın ölkəmizlə, xalqımızla nə etdiyini başa düşsünlər.
Natalya başa düşmür ki, insan Ukraynada baş verənlərdən necə xəbərdar ola bilməz və ya məlumatsızlığı ilə məlumatsızlığını əsaslandırır. Bu gün "İnternetdə hər şey var. Müharibə efirdədir. Real vaxtda şəhərlərimizin necə yer üzündən silindiyini, Ukraynanın necə məhv edildiyini görə bilərsiniz. Hamı bilir ki, Rusiya ordusu ukraynalıları, sadə xalqı belə qətlə yetirir.
Natalyanın dediyinə görə, müharibə Ukraynada tanımadığımız belə insanların dinc, sakit həyatına kobud şəkildə müdaxilə edib. Onlara yaşamı haram edib.
Natalyanın fikrincə, bunu ona görə göstərmək lazımdır ki, ruslar başa düşsünlər ki, onlar da öz ölkələrinin etdiklərinə görə məsuliyyət daşıyırlar.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB