Xarici işlər naziri ölkənin baş naziri oldu

Xarici işlər naziri ölkənin baş naziri oldu

Qətərdə baş nazirin müavini və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ölkənin yeni baş naziri vəzifəsinə təyin olunub.

Əmirlik Məhkəməsindən verilən yazılı açıqlamaya görə, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani baş nazir və daxili işlər naziri Şeyx Xalid bin Xəlifə bin Əbdüləziz Al Taninin istefasını qəbul edib.

SİA-nın əldə etdiyi məlumata görə, Qətər əmiri baş nazirin müavini və xarici işlər naziri Al Tani ölkənin yeni baş naziri təyin edib. Bildirilib ki, Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani xarici işlər naziri vəzifəsini davam etdirəcək.

Şeyx Xalid bin Xəlifə bin Əbdüləzizin istefası ilə boşaldılan daxili işlər naziri vəzifəsinə Əmir Şeyx Təmimin qardaşı Xəlifə bin Hamed bin Xəlifə Al Tani təyin edilib.

Ölkənin yeni Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani Qətər əmiri Şeyx Təmimin hüzurunda and içərək, rəsmi olaraq vəzifəsinin icrasına başlayıb.

Baş nazirin eyni zamanda daxili işlər naziri olduğu Qətərdə bu yeni kabinetlə ilk dəfə olaraq bu vəzifələrə fərqli adlar təyin edilib.

Kabinetdəki digər adlar, o cümlədən üç qadın nazir öz vəzifələrini qoruyublar.

Qətərin yeni Baş naziri Məhəmməd bin Əbdürrəhman Al Tani 27 yanvar 2016-cı ildə Xarici İşlər Nazirliyi, 15 noyabr 2017-ci ildə isə əlavə olaraq Baş nazirin müavini vəzifəsinə təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə