Bu arada Türkiyənin "İyi Partiyası"nın başqanı Meral Akşener yalnız İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu və Ankaranın rəhbəri Mənsur Yavaşın qarşıdan gələn prezident seçkilərində iştirak edəcəyi təqdirdə hakim "Xalq Alyansı" koalisiyasına qayıtmağa hazır olduğunu açıqlayıb,
“Əgər Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu İmamoğlunun və ya Yavaşın namizədliyini qəbul etsə, mən heç bir qürur duymadan altılıq masasına qayıdacağam”.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu sözləri "İyi Partiyası"nın başqanı Meral Akşener səsləndirib.
O, əsas məqsədin seçkilərdə Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğandan qurtulmaq olduğunu bildirib.
Xatırladaq ki, bundan əvvəl Türkiyədə keçiriləcək prezident seçkilərinin tarixi açıqlanıb.
Belə ki, seçkilər bu il mayın 14-də baş tutacaq. Bundan başqa, həmin gün parlament seçkiləri də keçiriləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB