Çeçenistan liderinin zəhərləndiyi iddia olunur

Rusiyanın Ukraynaya müdaxiləsinin ən böyük dəstəkçilərindən olan Çeçenistan lideri Ramazan Kadirovun səhhətində ciddi problemlər olduğu iddiası yayılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putinə yaxın olan Kadirov son vaxtlar ciddi böyrək ağrılarından əziyyət çəkir və Rusiyadakı həkimlərə etibar etmədiyi üçün Birləşmiş Ərəb Əmirliklərindən mütəxəssis həkim çağırıb.

Zəhərlənmiş ola biləcəyindən narahat olan çeçen liderinin ötən ay Putinin Ukrayna işğalının ildönümü ilə bağlı keçirdiyi görüşə qatılmadığı iddia edilib.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə