Yadınızda olar, SİA gərək ki, bir müddət bundan əvvəl bunun xəbərdarlığını etmişdi...
Xatırladaq ki, fevralın 28-dən martın 1-dək İrkutsk vilayətindən 1439-cu alayın birinci və ikinci batalyonların tərkibində səfərbər edilmiş hazırlıqsızlar Donetsk yaxınlığındakı Avdeyevski istehkam sahəsinə hücum etmək üçün göndərilmişdi.
Budur, bu gün səfərbər olunanlardan iki nəfərin yaxınları artıq bütün alayın praktiki olaraq məhv edildiyini – bir neçə nəfərin yaralandığını, qalanlarının isə ölüb və ya itkin düşmüşlər siyahısında salındıqlarını bildiriblər.
Hələlik yaralılardan yalnız ikisi məlumdur, qalanları ya ölüb, ya da ağır vəziyyətdə qalıblar. Onlara da sağalmaq üçün cəmi bir həftə vaxt verilib! Sonra yenə “ön tərəfə” atacaqlar!
Maraqlıdır, bu kiməsə inandırıcı görünə bilərmi? Amma qeyd edilməlidir ki, bunu yaralıların yaxınları bildirib.
Bu arada verilən məlumata görə, İrkutsk rəsmiləri səfərbər olanların komandanlıqdan şikayət etdiyi “DXR”ə gediblər. Onlar “DXR”də yerləşən alayla “əlaqə yaratmaq” niyyətindədirlər.
Amma... tııccüblü də olsa, məhv edilmiş alay nümayəndələri ilə necə əlaqə yaradılacağı başadüşülən deyil.
Xatırladaq ki, İrkutsk vilayətindən səfərbər olunanlar fevralın 27-də prezident Vladimir Putinə qondarma “DXR” komandanlığının qanunsuz hərəkətləri ilə bağlı üçüncü şikayətlə müraciət etmişdilər.
Şikayətçi düşmüşdünüz, bu da cavabı..?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB