Putin Stavropola planlaşdırdığı səfərini ləğv edib

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Bryansk vilayətində Ukraynaya aid olduğu bildirilən təxribat qrupunun təşkil etdiyi silahlı hücumlarla bağlı jurnalistlərə açıqlamalar verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunun "terror" hücumu olduğuna işarə edən Peskov, "Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün tədbirlər görülür. Həmişə etdiyimiz kimi beynəlxalq ictimaiyyətin diqqətini bu cür terror hücumlarına yönəltməyə davam edəcəyik" deyib.

Rusiya Prezidenti Vladimir Putinin Bryansk vilayətində baş verən silahlı hücumlara görə Şimali Qafqazın Stavropol bölgəsinə planlaşdırdığı səfərini ləğv etdiyi barədə məlumatı paylaşan Peskov, “Putin “müəllim ili”nin açılışını edəcək və təlim proqramının iştirakçıları ilə görüşəcək” ifadələrindən istifadə etmişdir.

Dmitri Peskov Rusiyanın Ukraynadakı “xüsusi hərbi əməliyyatı”nın statusunun Bryansk vilayətindəki hücumlara görə dəyişib-dəyişməyəcəyi sualını cavabsız qoyub.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə