Qələbəsinin nə olacağını Ukrayna özü müəyyən etməlidir

Qələbəsinin nə olacağını Ukrayna özü müəyyən etməlidir

Ukrayna qələbəsinin nə olacağını özü müəyyən etməlidir. Əslində ABŞ da belə hesab edir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Onun sözlərinə görə, Vaşinqton həqiqətən də Kiyevin qalib gəlməsini istəyir.

“Biz düşünürük ki, ukraynalılar, əlbəttə ki, qalib gələ bilərlər. Ancaq qələbənin necə olacağını özləri müəyyən etməli olacaqlar”-deyə Ağ Ev nümayəndəsi bildirib.

Qeyd edək ki, Kirbi də ABŞ-ın səahiyyətli nümayəndəsi kimi, Ukraynanın yazda hücuma keçəcəyinə ümid edir.

Münaqişənin sülh yolu ilə həllinin mümkünlüyündən danışan Kirbi qeyd edib ki, Kiyev Moskva ilə danışıqlara nə vaxt və hansı şərtlərlə aparılacağına özü qərar verməlidir.

Xatırladaq ki, Britaniya hakimiyyəti Ukraynadakı münaqişəni dondurmaq istəmir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə