Qazaxıstanda toplanan ianələr 10 milyon dollara çatıb

Qazaxıstanda toplanan ianələr 10 milyon dollara çatıb

Türkiyədə zəlzələdən zərər çəkənlər üçün Qazaxıstanda toplanan ianələr 10 milyon dollara çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyənin Astanadakı səfirliyindən verilən açıqlamada təkcə qazaxıstanlı iş adamı Bulat Utemuratovun fondundan xeyriyyə hesabına 5 milyon dollar ianənin köçürüldüyü bildirilib.

“Bu gün Qazaxıstandakı fondun hesabına 5 milyon ABŞ dolları köçürən Utemuratov fonduna minnətdarıq. Beləliklə, Qazaxıstandan AFAD-a edilən ianələrin ümumi məbləği 10 milyon dollara yaxınlaşıb”, - deyə məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə