Ukraynada döyüşmüş rus zabiti etiraf edib

Rusiyanın Ukraynaya müdaxiləsi bir ilə yaxınlaşır. SİA xarici mətbuata istinadən xəbər verir ki, müharibənin ən amansız olduğu Ukraynaya milyonlarla insan öz ölkələrindən köç edib və minlərlə insan həyatını itirib. Rus ordusunun ən yüksək rütbəli zabiti Konstantin Yefremov yaşadıqlarına dözə bilməyib ordunu tərk edib. O, bildirib ki, Rusiya indi onu satqın elan edib.

BBC-yə danışan Yefremov bölgədə yaşadıqlarını belə izah edir: "Dindirmə və işgəncə təxminən bir həftə davam etdi. Hər gün, hər gecə, bəzən gündə iki dəfə olurdu". Yefremov dəfələrlə ordudan istefa verməyə cəhd edib. Lakin o, Ukraynaya qayıtmaqdan imtina etdiyi üçün sonda işdən çıxarılıb və Rusiyadan qaçıb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə