Ukrayna 542 milyon dollarlıq PUA alacaq

Ukrayna ordusu üçün çoxlu sayda pilotsuz uçuş aparatları (PUA) almağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

2023-cü ildə Ukrayna Müdafiə Nazirliyi bunun üçün 542.3 milyon dollar ayıracaq. Bildirilib ki, son vaxtlar PUA-ların tədarükü üçün yerli şirkətlərlə 16 müqavilə imzalanıb.

Qeyd edək ki, Ukrayna ordusu Rusiyaya qarşı Türkiyə, Qərb ölkələri, eləcə də yerli şirkətlər tərəfindən hazırlanan PUA-lardan istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə