İşıq çirklənməsindən ulduzlar görünmür

İşıq çirklənməsindən ulduzlar görünmür

İşıq çirkliliyi səbəbindən son 10 ildə insanların adi gözlə görə bildiyi ulduzların sayının xeyli azaldığı açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Alman Geologiya Elmləri Araşdırma Mərkəzinin əməkdaşlarının araşdırmaları 2011-ci ildən bəri süni işıqlandırma səbəbilə "səma parıltısının" hər il artdığını müəyyən edib.

Məlum olub ki, səmanın parlaqlığı hər il 10 faiz artıb. Alimlərin fikrincə, bu o deməkdir ki, 250 ulduzun göründüyü bölgədə doğulan uşaq 18 ildən sonra eyni yerdə 100-dən az ulduz görəcək. Mütəxəssislər nisbətən ucuz olduğu üçün daha çox istifadə edilən LED işıqlandırmanın da işığın çirklənməsini artırdığını bildiriblər.

Topluluk Tarafından Doğrulandı simgesi

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня