İran İslam Respublikası gündə 3 mln. barel neft hasil etməyə başlayıb.
SİA-nın Türkiyənin TRT telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə İranın neft naziri Cavad Ovci bildirib.
Qeyd olunur ki, əvvəllər respublikada gündəlik neft hasilatı 1-2 mln. barel arasında dəyişirdi. İndi isə gündə 3 mln. barel neft hasil etməyə başlayıb. Həmçinin tətbiq edilən yeniliklər sayəsində yüngül neft fraksiyalarının gündəlik hasilatı 200 min barel artıb, deyə nazir vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB