Aİ-dan Rusiyaya daha bir embarqo

Avropa İttifaqı ölkələrinin Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağa qoyulması və barel üçün 60 dollardan yuxarı qiymətin tətbiqi ilə bağlı qərarları bu gündən başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Aİ ölkələrinin iyun ayında qəbul etdiyi Rusiyadan dəniz yolu ilə daşınan neftin idxalına qadağanın daxil olduğu 6-cı sanksiya paketi keçid dövrünün başa çatması ilə bu gün qüvvəyə minib. Aİ Komissiyası mayın əvvəlində 6-cı sanksiya paketini hazırlamışdı. Paketə Rusiyadan xam neft və emal olunmuş məhsulların tədarükünün mərhələli şəkildə dayandırılması daxildir. Avropa İttifaqına üzv ölkələr neft qadağası ilə bağlı gərgin danışıqlar aparıblar.

Müəllif: Ziya Hikmət oğlu

Bütün xəbərlər Facebook səhifəmizdə