Smartfonlar üçün qeyri-adi akkumulyator yaradılır

Smartfonlar üçün qeyri-adi akkumulyator yaradılır

Stenford universitetinin laboratoriyasında aliminiumdan mobil telefonlar üçün yeni akkumulyator hazırlanıb. Yeni akkumulyator son dərəcə maraqlı üstünlüklərinə malikdir. SİA-nın məlumatına görə, yeni akkumulyator enerjini cəmi 60 saniyəyə doldurmağa qadirdir və hər bir smartfonu və ya planşeti 7500 dəfə çarj etmək mümkündür. Yeni smartfon yanma nöqteyi-nəzərindən tamamilə təhlükəsiz olacaqdır. Belə ki, akkumulyator rahat əyilə bilir və onun əyilən smartfonlarda istifadəsi daha perspektivlidir.

Hazırda yeni akkumulyator testdən keçirilir və yaxın bir neçə il ərzində smartfonlarda kütləvi istifadə ediləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə