Androidlər üçün qrafik-mətn proqramlarının istehsalçısı olan "AnTuTu" şirkəti dünyanın ən güclü sisteminə malik olan samrtfonların reytinqini açıqlayıb.
SİA-nın məlumatına görə, reytinqdə ilk yerin sahibi "Exynos 7420" prosessoru ilə təchiz edilmiş "Samsung Galaxy S6" smartfonudur. O, ortalama 67 520 balla qiymətləndirilib. Reytinq cədvəlində ikinci yeri 63 373 balla "Galaxy S6 Edge" smartfonu tutub. "HTC One M9" smartfonu "Qualcomm - Snapdragon 810" təchizatı ilə 52 709 bal yığıb və üçüncü yeri tutub.
Növbəti pillələri isə "Samsung - Galaxy S5 Plus", "Meizu MX 4", "Google Nexus 6", "Samsung Galaxy Note 4", "Motorola Droid Turbo", "LG G Flex 2" və "OnePlus One" smartfonları bölüşdürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB