Apple şirkəti ilə bağlı verdiyi proqnozlarının doğru çıxması ilə məşhurlaşan analitik Ming-Chi Kuo yeni iddia ilə çıxış edib. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, analitik iddia edib ki, Apple yeni iPhone-ları ara model deyil, iPhone 7 adı ilə istehsal edə bilər.
Onun sözlərinə görə, yeni iPhone modelində önəmli dəyişikliklər ediləcək ki, bundan sonra yeni iPhone ara model deyil, iPhone 7 adını daşıyacaq.
Analitik deyib ki, Apple yeni modelinin Force Touch sensoru Apple Watchdan olduğundan fərqli şəkildə işləyəcək. Belə ki, istifadəçinin hansı barmağından istifadə etdiyini tanıyacaq sistem ekrana edilən basqını ölçəcək.

iPhone-nun ekran ölçülərinin dəyişəcəyi ilə bağlı iddialara münasibət bildirən Ming-Chi Kuo deyib ki, yeni modeldə ekran ölçüləri eyni olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB