Mobil internet istifadəçilərinin sayı artmaqdadır

Mobil internet istifadəçilərinin sayı artmaqdadır

2012-ci ildə istifadəçinin mobil internetdə keçirdiyi orta vaxt müddəti gündəlik 74,4 dəqiqə təşkil edibsə, 2014-cü ilin ikinci rübündə bu göstərici gündəlik 108,6 dəqiqəyə çatıb. SİA-nın məlumatına görə, tədqiqatçılar, həmçinin mobil qurğulardan qlobal şəbəkəyə çıxışın populyarlaşmasını qeyd ediblər.

Belə ki, 2011-2014-cü illərdə dünyada mobil internetdən istifadə 36 faiz olub halbuki həmin müddətdə masaüstü kompüterlərdən internetə çıxış 10 faiz yüksəlib. 2014-cü ildə internet trafikinin 4 faizi mobil qurğular tərəfindən yaradılırdısa, 2019-cu ilədək mobil internet trafikinin payı 15% təşkil edəcək.

Yaxın gələcəkdə mobil məlumatların ötürülməsi üzrə qlobal trafik 57 faiz orta illik artım sürəti ilə inkişaf edəcək. "J'son & Partners Consulting" analitik agentliyinin nümayəndələrinin fikrincə, 2014-cü ilin nəticəsinə görə, orta trafikin göstəricisi aylıq 2,5 ekzabayt təşkil edib ancaq 2019-cu ilədək bu göstərici 10 dəfə artaraq aylıq 24,3 ekzabayta çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə