"Facebook" axtarış sistemini aldı

"Facebook" şirkəti TheFind adlı populyar axtarış sistemini alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yaxın həftələr ərzində sövdələşmənin bütün təfərruatları razılaşdırılacaq. Beləliklə, TheFind "Facebook"un strukturuna daxil ediləcək və bu sosial şəbəkənin reklam servislərinin təkmilləşməsinə kömək edəcək.

Qeyd edək ki, TheFind müştərilərə lazım olan malları ən yaxın mağazalardan təmin etməyə köməklik edən axtarış sistemidir.

Bütün xəbərlər Facebook səhifəmizdə